İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


01.08.2017  16:24 

Aptekdən oğurluq etmək istəyən yerindəcə saxlanıldı





A+  A-

30 iyulda gecə saatlarında Nərimanov Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan H.Əliyev prospektindəki apteklərdən birindən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Bu haqda XəzərNews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həyəcan siqnalı daxil olandan cəmi 40 saniyə sonra Nərimanov RMi-nin operativ qrupu artıq hadisə yerinə yaxınlaşıb. Xüsusi texniki vasitələrlə mühafizə edilən aptek yoxlanılan zaman obyektin giriş qapısının sındırıldığı aşkar edilib.

Aptekdən oğurluq etməyə cəhd göstərən şəxs Nərimanov RMİ-nin əməkdaşlarını görüb hadisə yerindən qaçmağa cəhd göstərən zaman polislərin çevikliyi sayəsində saxlanılaraq 16-cı Polis Bölməsinə təhvil verilib.
Bölmədə aptekdən oğurluğa cəhd edən şəxsin Ağsu rayon sakini Əlisahib Bədəlov olduğu müəyyən edilib.

Onun üzərindən obyektin dəmir barmaqlıqlarını qırmaq üçün istifadə etdiyi alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hazırda, DİN-in BMİ-nin əməkdaşları tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 10 mindən çox obyekt qorunur. Yaşayış və qeyri-yaşayış sahələrinin 24 saat etibarlı mühafizəsini təşkil etmək üçün hər bir vətəndaş BMİ-nə və onun yerli qurumlarına müraciət edə bilər.

Xəbər 1390 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +