Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


18.10.2019  14:49 

Puçdemon Belçika polisinə təslim oldu





A+  A-

İspaniyanın Kataloniya Muxtar Vilayəti hökumətinin keçmiş rəhbəri Karles Puçdemon Belçikada polisə təslim olub.
XəzərNews.az xəbər verir ki, o, vəkilləri ilə Brüssel Baş Prokurorluğuna gedib. Daha sonra siyasətçi məhkəməyə aparılıb. O, məhkəməyə xatırladıb ki, Avropa Parlamentinin üzvü kimi toxunulmazlığa malikdir.

Məhkəmə Puçdemonun İspaniyaya ekstradisiyası barədə qərar verilməyənə qədər onun həbs edilməməsinə qərar verib. Siyasətçi məhkəmənin icazəsi ilə Belçikanı tərk etmək hüququnu alıb.

Xatırladaq ki, 2017-ci ildə Kataloniya parlamenti müstəqillik haqqında qətnamə qəbul edib. İspaniya hökuməti isə vilayət parlamentinin buraxıldığını elan edib. Bundan sonra Puçdemon vəzifədən kənarlaşdırılıb. O, İspaniyadan Belçikaya qaçıb. İspaniya Ali Məhkəməsi onun həbsi barədə order verib.

Xəbər 1381 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +