Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


08.05.2018  18:52 

Çovdarov məhkəməyə həkimlə gəldi





A+  A-

Bu gün Bakı Apellyasiya Məhkəməsinsə həbsdə olan MTN generalı Akif Çovdarov, polkovnik Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Faiq Qasımovun icraatında olan prosesdə ilkin baxış iclası keçirilib.

Məhkəmə iclası 50 dəqiqə gec başlayıb. Çovdarov həkim müşayətində zala gətirilib.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

A. Çovdarovun oğlu Ruslan Çovdarov, qızları Aidə Qasımova, Günay Əmircanova və yoldaşı İbadət Çovdarova məhkəməyə müraciət edərək əmlaklarının üzərindən həbsin götürülməsini istəyiblər.

R. Çovdarov qeyd edib ki, onun evində axtarış aparılan zaman ona məxsus pul götürülüb.

Daha sonra prosesdə A. Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət verərək prosesin qapalı keçirilməsini istəyib: "Burda bəzi məslələr var ki, dövlət sirri təşkil edir. Ona görə də, kənar şəxslər zaldan çıxarılsın".

Çovdarov da vəsatətin təmin olunmasını istəyib. Vəsatət təmin olunub. Jurnalistlər zaldan çıxarılıb. Məhkəmə qapalı keçirilir.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il, O.Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

***

Müdafiə tərəfinin məhkəmə prosesinin qismən istintaqla aparılması barədə vəstəti təmin edilməyib. Proses mayın 22-də davam etdiriləcək.

Xəbər 1436 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +