Bakıdakı “casus yuvası” yenidən açılacaq?
Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub


05.12.2020  09:23 

Koronavirusdan qoruya bilən qida məhsulları





A+  A-

Britaniyalı həkim Gida Meyker koronavirusdan qoruya bilən qida məhsullarının adlarını açıqlayıb.
XəzərNews.az xəbər verir ki, o, bu barədə “Daily Express”ə danışıb.

Meyker bildirib ki, mikroelementlərin müəyyən dəsti ilə birgə fəaliyyət göstərən qida məhsulları orqanizmi koronavirusa qarşı zəruri maddələrlə təmin edə bilər:

“İmmun sistemi: A, C, D, E, B6 və B 12, folatlar, sink, dəmir, mis və selen vitamin və minerallar kompleksini tələb edir”.

O, C vitamini ilə zəngin olan brokoli, şirin bibər, brüssel kələmi və sitrus meyvələrindən istifadə etməyi məsləhət görüb. Bundan başqa, həkim bildirir ki, yaşıl yarpaqlı tərəvəzlər, yerkökü, balqabaq və şirin kartof orqanizmi A vitamini ilə, qoz-fındıq, ispanaq, təmizlənməmiş günəbaxan yağı isə E vitamini ilə təmin edir.

Xəbər 1944 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +