Deputatın oğlundan prezidentə şikayət olundu
Hesablama Palatasının hesabatı müzakirə edilir
Bank kartlarından 31 min 340 manat oğurlanıb
Zurab Tsereteli 92 yaşında vəfat edib
Naziri restoranda qarət etdilər
Azərbaycana PUA ilə narkotik keçirmək istədilər
Kolleclərə yeni təyinatlar olub
Ermənistanda atəşi açan İrandır - Politoloq
Hövsan qəsəbəsində evdə partlayış olub
Bir ailənin beş üzvü xiyardan zəhərlənib


06.02.2024  22:42 

Baba Vəziroğluna “Şərəf” ordeni təqdim edilib





A+  A-

Fevralın 6-da Mədəniyyət Nazirliyində müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, şair, tərcüməçi, ssenarist, Əməkdar incəsənət xadimi Baba Vəziroğluna “Şərəf” ordeni təqdim edilib.

Xəzərnews.az xəbər verir ki, Baba Vəziroğlu Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.

Mədəniyyət naziri Adil Kərimli 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə Baba Vəziroğluna təbriklərini çatdırıb. Qeyd edilib ki, şair çağdaş poeziyamızda öz dəstxəti ilə seçilir. Onun şeirlərinə çoxsaylı mahnılar bəstələnib və tanınmış müğənnilər tərəfindən ifa olunur.

Ölkəmizdə ədəbiyyat və mədəniyyət xadimlərinə dövlət qayğısından danışan nazir bildirib ki, Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə bu sahələrin inkişafını diqqətdə saxlayıb, yaradıcı insanlardan öz dəstəyini əsirgəməyib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Baba Vəziroğlu yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini şairə təqdim edib, xatirə şəkli çəkdirilib.

Xəbər 1479 dəfə oxunub.




22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub

21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı


BÜTÜN XƏBƏRLƏR +