Leyla və Arzu Əliyevalar sərgidə
DİN vətəndaşlara müraciət edib
Suriya qaynayır: 745 nəfər həlak olub
Biznes Universiteti bu VİDEOya görə linç edilir
Rafael Qetjiyə yenə məğlub oldu
Partizanlar Krımda yanacaq daşıyan qatarı vurdu
Xaçlar partlayış dalğalarına tab gətirə bilmir
Fuad Ələsgərov niyə görünmür?
Bu gün 58 min 732 şagird imtahan verəcək
Sabah iş günü olacaq?


25.11.2021  10:46 

Rusiya etnik azlıqları separatizmə meylləndirir...





A+  A-

Etnik erməni azlığının yaşadığı Azərbaycan ərazilərində müvəqqəti missiya həyata keçirən Rusiya sülhməramlılarının aqressiv, silahlı separatizm meyllərinə və digər cinayət xarakterli əməllərin səbəblərinə aydınlıq gətirərkən, bir məqamı xüsusi olaraq nəzərə almaq lazımdır.

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində yaşayan etnik ermənilərə münasibətdə bəzən qıcıq doğuran, bəzən isə ikrah hissi yaradan davranışlarının səbəblərini bu ökənin çar dövründən etibarən, milli azlıqlar vasitəsilə yürütdüyü siyasətdə axtarmaq lazımdır.

Rusiya dövlət kimi formalaşdığı və imperiyaya çevrildiyi ilk günlərdən başqa ölkələrin ərazisində yaşayan etnik azlıqları öz tərəfinə çəkməklə, həmin azlıqların yaşadığı dövlətlərin siyasi hakimiyyətləri üzərində təsir imkanlarını qoruyub saxlamağa çalışıb.

Bu proses SSRİ dönəmində, sözügedən dövlətin ideoloji prinsipləri də nəzərə alınmaqla, daha qabarıq şəkildə həyata keçirilib. Rusiya bir çox dövlətlər və imperiyalar kimi, öz qəsbkarlıq və assimilyasiya siyasətini “kiçik xalqların müdafiəsi” üzərində qurub və daha çox sistemli, tədrici, məxməri assimilyasiyaya üstünlük verib. Bu yanaşma ən müxtəlif dövrlərdə türk xalqlarının tarixi torpaqlarının qəsb edilməsi prosesində də özünü nümayiş etdirib.

Bununla bağlı bir nümunə gətirim: XVII əsrin əvvəllərinə indiki Xakasiya ərazisi işğal olunduğu dövrdə, bu ərazidə bircə nəfər də olsun rus yaşamırdı. Hazırda isə Xakasiya əhalisinin 80,3 faizini ruslar təşkil edir. Xakasların isə əhəmiyyətli hissəsi dillərini unudublar, rus adları və soyadları daşıyırlar, hətta dinlərini, milli mənsubiyyətlərini belə dəyişiblər.

Qeyd edim ki, Xaksiya ərazisi Rusiyanın tərkibinə qatılanadək, xakasların əhəmiyyətli hissəsi Tanrıçı idi, kiçik bir hissə isə buddizmin lamaizm cərəyanına aid idilər. Amma indi xakasların, demək olar ki, 90%-i xristian dininin provoslav qanadının təmsilçiləridir.

Təəssüf ki, Rusiyanın ekspansionist siyasətinin aparıcı xəttini təşkil edən etnik azlıqları separatizmə meylləndirməklə onlardan milli dövlətlərə təsir etmək ənənəsi hələ də yeni, daha modern və daha sivil texnologiyalarla əvəzlənməyib.

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində yaşayan ermənilərə münasibəti də məhz bu siyasətdən qaynaqlanır və onlar bu davranışları ilə özlərini etnik ermənilərə “xilaskar” kimi təqdim etməyə, “əgər biz olmasaq, azərbaycanlılar sizi məhv edər” iddiası ilə çıxış etməyə çalışırlar.

Halbuki, Azərbaycan ərazilərində yaşayan etnik ermənilər separatizm meyllərindən əl çəkərlərsə və Azərbaycan vətəndaşı kimi davranarlarsa, daha üstün bir həyat tərzi keçirə, öz mədəniyyətlərini, dillərini inkişaf etdirə, təhlükəsiz həyatlarını təmin edə bilərlər!

Elçin Mirzəbəyli

Xəbər 5670 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu

09.03.2025  10:26 

Fuad Ələsgərov niyə görünmür?

09.03.2025  10:17 

Sabah iş günü olacaq?

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +