Leyla və Arzu Əliyevalar sərgidə
DİN vətəndaşlara müraciət edib
Suriya qaynayır: 745 nəfər həlak olub
Biznes Universiteti bu VİDEOya görə linç edilir
Rafael Qetjiyə yenə məğlub oldu
Partizanlar Krımda yanacaq daşıyan qatarı vurdu
Xaçlar partlayış dalğalarına tab gətirə bilmir
Fuad Ələsgərov niyə görünmür?
Bu gün 58 min 732 şagird imtahan verəcək
Sabah iş günü olacaq?


06.02.2025  12:28 

Xətaidə “qadın türməsi“nin yerində nə tikilir?





A+  A-

Ətrafda yaşayan sakinlər göydələn tikiləcəyindən narahatdır və ölkə rəhbərliyindən bunun qarşısının alınması təklifi ilə çıxış edirlər…

Artıq neçə ildir Xətai rayonunda, Afiyəddin Cəlilov küçəsində yerləşən, "Qənimətlər parkı" ilə üzbəüzdə olan "Qadın türməsi" Kürdəxanıya köçürülüb.

Bu ərazidə yaşayan sakinlərin "Təzadlar"a verdiyi məlumata görə, bir neçə dəfə ərazinin tikinti altında verilməsinə cəhd edilib, lakin bunun qarşısı alınıb:

"…Əvvəllər burada göydələn tikmək istəyirdilər, amma Ədliyyə Nazirliyinin balansında olduğundan qoymadılar. İndi deyirlər ki, kimsə özəlləşdirib, ələ keçirib. COP29 ərəfəsində isə içərisi və ətrafı xarabalığı xatırladan keçmiş həbsxananın divarları boyu gül-çiçək əkildi, kiçik çevrədə park da salındı. Sevindik ki, park salınacaq. Fəzayil Bayramov və Sabit Orucov küçələrin kəsişməsindən başlayaraq Afiyəddin Cəlilov küçəsinə paralel olan bu böyük əraziyə artıq iki gündür yenidən ağır texnikalar cəlb edilib, dərin qatlarda qazıntı-geoloji fəaliyyətə start verilib. Sizə foto və videogörüntülər təqdim edirik, ağır texnikaların işlədiyi əraziyə yüz tonlarla armatur və digər tikinti avadanlığı gətirilib. Bunlar bir daha sübut edir ki, bu ərazidə göydələn kompleksi tikəcəklər…".



Sakinlər əməkdaşımıza onu da bildirib ki, onların narahatlığına iki əsas səbəb var:

"Birincisi, uzun illərdir bu ərazidə tıxacların əlindən tərpənmək olmur, dörd tərəfimiz parklamadır, avtomobil sıxlığı günbəgün artır. Bəzən Afiyəddin Cəlilov küçəsindəki tıxacın arxası AMAY-ı belə keçir. Əgər burada göydələnlər tikilsə, təsəvvür edin ki, bir zolağı velosipedə, bir zolağı isə avtobusa ayrılmış 4 zolaqlı bu ensiz yolda hökm sürən 50 faizli daralma ilə Afiyəddin Cəlilov küçəsində vəziyyət necə olacaq. İkincisi, "Qadın türməsi"nin qarşısında isə beşmərtəbəli evlərdir. Qoy Şəhərsalma və Tikinti Komitəsinin rəhbərliyi, mütəxəssisləri düşünsünlər ki, şəhərin mərkəzində, Qənimətlər Parkı ilə üzbəüzdə beşmərtəbəli binaların yanında 20 mərtəbəli kompleks hansı tikinti mədəniyyətinə, şəhərsalma ənənələrinə uyğundur? Onsuz da neçə illərdir Mehdi Mehdizadə və Afiyəddin Cəlilov küçələrindəki tıxaclardan Yusif Səfərov küçəsinədək olan ərazidə yaşayan sakinlərin həyatı zülm içindədir, biz də elə. Siqnal səsləri bütün günü aləmi başına götürür. Tıxac əlindən evimizdən küçəyə çıxa bilmirik….".

Sakinlər Prezident İlham Əliyevə və Milli Məclis üzvlərinə müraciət edəcəklərini bildirdilər.



Bəs hazırda ərazidə tikintini aparan qurumun statusu nədir? Çünki sakinlər də bildirdilər ki, burada qazıntı işləri aparan şirkətin ağır texnikalarının səs-küyündən dinclik yoxdur:

"Xüsusi qazıntı texnikalarının səs-küyü ciddi narahatlıq yaratmaqdadır, rejim gözləmirlər. Maraqlanmışıq ki, ümumiyyətlə, burada nə tikiləcək, ictimaiyyət bunu bilməlidir axı. Məsələn, əgər göydələn tikiləcəksə, gələcəkdə aqibətimizi nəzərə alıb buradan köçüb başqa yerə gedək… Heç bir yerdə də məlumat lövhəsi yoxdur. Xətai İcra Hakimiyyətinə də zəng etmişik, dəqiq məlumat verilmir… Burada çalışan fəhlələrdən xəbər alırıq, hərbi sirr kimi hər şeyi gizli saxlayırlıar. Yalnız bir söz deyirlər: "Bilmirik… Böyük adamın şirkətidir…". Xahiş edirik, siz də bunu ictimailəşdirin, burada nə tikiləcək, hamı bilsin…".

Məsələyə aydınlıq gətirilməsi üçün Dövlət Şəhərsalma və Tikinti Komitəsinin 012 5951350 telefonuna zəng vurub məlumat almağa səy göstərməkdəyik.

Əlavə məlumat veriləcək.

Xəbər 1457 dəfə oxunub.




09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu

09.03.2025  10:26 

Fuad Ələsgərov niyə görünmür?

09.03.2025  10:17 

Sabah iş günü olacaq?

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +