Bəzi yollarda məhdudiyyətlər tətbiq edilib
Bakıda körpünü su basdı
Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı


06.08.2018  16:08 

1 milyon hektardan çox sahədə taxıl biçilib





A+  A-

5 avqust 2018-ci il tarixinə olan məlumata əsasən respublikanın rayonlarında 1007.8 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 672.1 min hektarı buğda, 335.7 min hektarı arpa sahələridir.
Bu barədə XəzərNews.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik bildirib ki, hazırki məlumatlara əsasən, buğdanın orta məhsuldarlığı 30.1 s/ha, arpanınkı isə 27.6 s/ha təşkil edir.

Arpa biçininin 99.7%-i, buğda biçininin isə 99.1%-i yerinə yetirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 26 ədəd (Bakı – 11, Cəlilabad – 3, Goranboy – 1, Kürdəmir – 1, Lənkəran –1, Masallı – 1, Sabirabad – 1, Şabran – 2, Şəki – 1, Şirvan – 4) kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb, 23 ədəd (Bakı – 10, Cəlilabad – 3, Lənkəran – 1, Masallı – 1, Sabirabad – 1, Şabran – 2, Şəki – 1, Şirvan – 4) kənd təsərrüfatı texnikasına dövlət texniki baxışı keçirilib.

18 nəfərə isə (Bakı – 1, Bərdə – 2, Cəlilabad – 1, Qazax – 1, Quba – 6, Lənkəran – 1, Şirban – 6) kənd təsərrüfatı texnikasını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib (dəyişdirilib).

Xəbər 1789 dəfə oxunub.




16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +