Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


18.04.2018  12:17 

“Siyasi partiyalara belə formada yanaşmaq doğru deyil”





A+  A-

Azərbaycanda bir neçə siyasi partiya fəaliyyət göstərir. Amma bəzi siyasi partiyaların fəaliyyəti demək olar ki, hiss olunmur. Onların varlığı yalnız sosial şəbəkələrdə hiss olunur, reallıqda isə yoxdur.
Dəfələrlə Milli Məclisin tribunasından da Azərbaycanda aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan, maliyyə hesabatlarını düzgün təqdim etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı məsələ gündəmə gətirilib. Bildirilib ki, belə halların aradan qaldırılması üçün “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər edilməlidir.

Yaxın zamanlarda “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsi gözlənilirmi?

XəzərNews.az bildirir ki, məsələ ilə əlqədar Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, siyasi partiyalara belə formada yanaşmaq doğru deyil.

“Belə yanaşmaq olar ki, partiyalar Konstitusiyaya, “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq fəaliyyət göstərir və ya göstərmir. Partiyaların passiv fəaliyyət göstərməsi özünə və üzvlərinə problem yaradır. Bundan başqa digər meyarlar isə fərqli anlaşıla bilər. Əgər partiyaların hər hansı bir fəaliyyəti yoxdursa, bu, elə partiyanın tənəzzülü deməkdir. Və belə partiyaların özü sıradan çıxmış olacaq. Ona görə də hesab edirəm ki, “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsinə ehtiyac yoxdur”.

Xəbər 2613 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +