Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


30.08.2021  10:54 

ABŞ-ın Kabilə hücumu nəticəsində ölənlərin sayı artdı





A+  A-

ABŞ Silahlı Qüvvələrinin Kabilə raket zərbələri endirməsi nəticəsində həlak olanların sayı artıb.
XəzərNews.az-ın “CNN” telekanalına istinadən məlumatına görə, hücum nəticəsində 9 nəfər ölüb. Onların hamısı bir ailənin üzvü olub. Həlak olanların 6-sı uşaq olub və onların ən kiçiyinin 2 yaşı var.

“Afghanistan Times”ın daha əvvəl yaydığı məlumatda 7 nəfərin həlak olduğu bildirilirdi.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri avqustun 29-u Kabil şəhərində içərisində partlayıcı qurğu olan avtomobilə dronla zərbələr endirib. Bildirilir ki, “İŞİD” qruplaşmasının yaraqlıları bu avtomobil ilə terror aktı törətmək istəyib. Xarici KİV-in məlumatına görə, ABŞ-ın endirdiyi hücum nəticəsində iki nəqliyyat vasitəsi məhv edilib və bir ev qismən dağılıb.

Bununla yanaşı, “CNN” telekanalının məlumatına görə, bu gün səhər Kabil hava limanına 5 raket atılıb. Bildirilir ki, raketləri zərərsizləşdirmək üçün “C-RAM” raket hücumundan müdafiə sistemi işə düşüb. Bununla belə, sistemin bütün raketləri zərərsizləşdirə bilməsi ilə bağlı hələ açıqlama verilməyib. İlkin ehtimallara görə, hücum “İŞİD” qruplaşması tərəfindən həyata keçirilib. Həmçinin, hücum nəticəsində yaralıların olub-olmaması bəlli deyil.

Xəbər 2236 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +