Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


04.05.2021  15:19 

İtaliyada 40 mafiya üzvü həbs olundu





A+  A-

İtaliyanın bir çox əyalətində Siciliya mafiya qrupuna qarşı aparılan genişmiqyaslı əməliyyat çərçivəsində qırx nəfər üzv həbs olunub.
XəzərNews.az xəbər verir ki, bu barədə İtaliya polisi açıqlama yayıb. Həbslər Siciliya, Boloniya və Kalabriyanın cənub bölgəsindəki Kozentsa şəhərində həyata keçirilib.

Araşdırmalarla qruplaşmanın Siciliyanın Katanya əyalətində əsasən marixuana və kokain ticarəti ilə məşğul olduğu ortaya çıxıb. Narkotik ticarəti ilə yanaşı, qrupun borc problemlərinin həll edilməsi yolu ilə sahibkarlardan da maddi dəstək aldığı bildirilir.

Qruplaşmanın digər gəlir mənbəyi Milli Sosial Müdafiə İnstitutunun xəzinəsindən saxta yolla maddi dəstək alması olub. Belə ki, saxta sənədlər şəbəkəsi vasitəsilə mafiozlar, işsiz qaldıqları iddia edilən kənd təsərrüfatı işçiləri üçün müavinət alıblar.

Qrupun rəhbərinin bir sıra qətllər, narkotik ticarəti və mafiya fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən mafiya başçısı olduğu bildirilir. İtaliya təcrübəsində belə məhbuslara mükafat olaraq bir müddət evlərinə getməyə icazə verilir. Mafiya başçısı isə bu cür ziyarətlərdən həmkarları ilə görüşmək və klanın cinayətkar fəaliyyətlərini idarə etmək üçün istifadə edib.

Xəbər 2040 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +