Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


03.05.2021  16:11 

Avropada karantin məhdudiyyətləri qaldırılır - VİDEO





A+  A-

Appenin yarımadası sakinləri üçün bu günlərdə sarı rəng xüsusən də kafe və restoranların işində məhdudiyyətlərin qaldırılmasının bir simvolu kimi qəbul edilir. Belə ki, Venesiya artıq “sarı zona”ya daxildir.
XəzərNews.az bildirir ki, bu barədə Euronews.com xəbər yayıb.

Səlahiyyətli orqanlara görə, bütün bölgə nisbətən aşağı epidemioloji risk zonasına keçib. Buna baxmayaraq, bəzi ərazilər hələ də qırmızı rəngdə görünür və orada vəziyyətin nə zaman normallaşmağı barədə məlumat verilmir.

Bu gündən etibarən Fransada ölkə ərazisində səyahət məhdudiyyətləri götürülür. Bu, Prezident Emmanuel Makronun elan etdiyi planın ilk mərhələsidir.

Müəyyən olunmuş cədvələ görə, kafe və restoranların terasları, eləcə də ehtiyac olmayan əşyaları satan mağazalar daha iki həftədən sonra açılmalıdır. Komendant saatı yüngül şəkildə olsa da, 30 iyuna qədər qüvvədə qalacaq.

İspaniyada məşhur buğa döyüşlərini keçirmək mümkün olub, ancaq tamaşaçı sayı yarıdan çox azaldılıb.

Maska taxmaq isə məcburi olaraq qalır.

Niderlandda Mark Ruttenin rəhbərliyi altında hazırkı kabinetin siyasətindən narazı olan azı min nəfər etirazçı küçələrə çıxıb.

Onlar yürüşlərini “Azadlığa aparan yol” adlandırıblar və nümayişçilər tədbirləri “antidemokratik” adlandıraraq məhdudiyyətlərin dərhal qaldırılmasını tələb ediblər.



Xəbər 2358 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +