Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


19.02.2021  10:08 

ABŞ 43 Belarus vətəndaşını “qara siyahı”ya saldı





A+  A-

Amerika administrasiyası Belarus Respublikasının 43 vətəndaşına, o cümlədən yüksək rütbəli vəzifəli şəxslərinə respublikada demokratiyanı pozduqlarına görə sanksiyalar tətbiq etmək qərarına gəlib.
XəzərNews.az “TASS”a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında deyilir.

“Bu, o deməkdir ki, onlar Birləşmiş Ştatlara daxil olmaq hüququndan məhrum edilirlər”, - sənəddə qeyd olunur.

ABŞ xarici siyasət idarəsinin rəhbərinin qiymətləndirməsinə görə, Belarus hakimiyyəti etirazçılara, vətəndaş cəmiyyəti fəallarına və jurnalistlərə qarşı zorakılığı davam etdirir.

Blinken vurğulayıb ki, daha əvvəl ABŞ hökuməti artıq iki dəfə analoji sanksiyalar tətbiq edib. Onun verdiyi məlumata görə, o vaxt 66 nəfər “qara siyahı”ya daxil edilib.

Xəbər 2346 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +