Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi


28.04.2022  10:33 

“Kamera hadisə günü məni oğurlayan maşın istiqamətinə fırlanmayıb“





A+  A-

İctimai fəal Bəxtiyar Hacıyev bir neçə gün oğurlanması hadisə ilə bağlı daha bir məlumat yayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Feysbuk hesabında paylaşım edən B. Hacıyev dünən yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildiyini bildirib:

“Cinayətdən 6 gün sonra istintaqa verilmiş "Təhlükəsiz Şəhər" kamera görüntülərinə baxdıq və məlum oldu ki, 2 statik kameradan əlavə altdakı fırlanan kamera məhz hadisə günü məni oğurlayan maşın istiqamətinə fırlanmayıb. Saatlarla... Nəinki o tərəfə, ümumiyyətlə fırlanmayıb”.

Bəxtiyar Hacıyev əlavə edib ki, bir neçə gündür kameranı müşahidə edir və onun işlədiyini, fırlandığını görüb: “Bir neçə fərqli vaxtda kameranın fırlanmasını da videoçəkilişlə qeydə almışam. Sual yaranır ki, mənə qarşı törədilmiş cinayətdə hüquq-mühafizə orqanlarının əli yoxdursa, DİN-in "Təhlükəsiz Şəhər" kamera sisteminə kim müdaxilə edib, kameranı bir istiqamətdə kilidləyə bilər?”.

Xatırladaq ki, bir neçə gün əvvəl Bəxtiyar Hacıyev paytaxt ərazisində bir qrup şəxs tərəfindən oğurlandığını, naməlum istiqamətə aparıldığını və ona qarşı nalayiq hərəkətlərin edildiyini bildirib.

Bundan sonra daxili işlər naziri Vilayət Eyvazov, eləcə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev B.Hacıyevlə görüşüb və onun müraciəti nəzarətə götürülüb.

Xəbər 7047 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +