Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı


10.04.2025  14:06 

Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı





A+  A-

Speys TV-də yayımlanan “Tarixin bir günü” verilişində efir etikası və ictimai dəyərlərlə ziddiyyət təşkil edən fikirlərin səsləndirilməsi ilə bağlı iddia sosial şəbəkələrdə ciddi narazılıqla qarşılanıb. Verilişin aparıcısı Tarix Əliyev (Tolik) qonağı müğənni Nüşabə Musayevadan xəyanət edib-etmədiyini soruşub. Qonaq isə xəyanətlə üzləşdiyini, buna cavab olaraq özü də xəyanət etdiyini açıq şəkildə və təbəssümlə dilə gətirib.

Qonağın bu davranışı haqlı və müsbət bir hərəkət kimi təqdim etməsi, aparıcının isə bu açıqlamaları daha da təfərrüatı ilə öyrənməyə çalışması müzakirələri bir qədər də alovlandırıb.

Sözügedən çıxışlar sosial şəbəkə istifadəçiləri tərəfindən ailə dəyərlərinə, ictimai əxlaq normalarına və ümumi mənəvi prinsiplərə zidd kimi qiymətləndirilib. İzləyicilər hesab edirlər ki, bu tip efir çıxışları xüsusilə gənclər üçün zərərli mesajlar verir və onların davranış modellərinə mənfi təsir göstərə bilər.

XəzərNews.az xəbər verir ki, Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Oxu.az-a açıqlamasında Azərbaycan Respublikası Audiovizual Şurasının aidiyyəti struktur bölmələri tərəfindən sözügedən fikirlərin efirdə səsləndirilməsi iddiası ilə bağlı müvafiq qaydada araşdırma aparıldığını bildirib:

“Araşdırmanın nəticələrinə görə, bu il aprelin 9-da 14:45-17:00 efir vaxtında Speys TV-də yayımlanan “Tarixin bu günü” proqramında iddia olunan fikirlərin efirdə yayımlanmadığı aşkar olunub”.

Xəbər 3186 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +