BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb


30.08.2021  17:46 

Qazaxıstanda hərbi anbardakı partlayışda ölənlərin sayı artdı





A+  A-

Qazaxıstanda hərbi hissələrin birinin anbarında baş vermiş yanğın və partlayış nəticəsində həlak olanların sayı artıb.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi yayıb.

Məlumata əsasən, ölkənin Jambıl vilayətində baş vermiş insident nəticəsində həlak olanların sayı 15-ə yüksəlib.

“Nazirliyin əməkdaşları tərəfindən daha bir nəfərin cəsədi aşkar olunub və hazırda həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilir. Həlak olanların sırasında vətəndaş mühafizəsi xidmətinin əməkdaşları da var”, - deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, itkin düşmüş bir şəxsin axtarışları davam edir.

Qeyd edək ki, avqustun 26-sı Qazaxıstanın Jambıl vilayətinin Taraz şəhər ərazisində yerləşən hərbi hissələrdən birinin anbarında yanğınla müşayiət olunan partlayış baş verib.

Xəbər 2275 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +