Ədalət Verdiyevə bəraət verildi
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb
“Optimal Electronics“in külli miqdarda borcu var
Qazi Hacı Vəliyev həbsdə qaldı
Bəxtiyar Hacıyevin şikayəti təmin olunmayıb
Fürsətcilin ÖZÜNÜİFŞASI


01.04.2025  14:05 

Anası erməninin Bakı konsertini kim təşkil edib?





A+  A-

Anası erməni olan, 1981-ci il təvəllüdlü rusiyalı estrada müğənnisi Aleksey Çumakovun aprelin 20-də Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcəyi xəbəri sosial şəbəkələrdə tənqid edilib.

XəzərNews.az xəbər verir ki, konsert proqramını reklam edən "33 Events" şirkətinin rəhbəri Elxan Peysaxov Teleqraf-a açıqlamasında konsertin təşkilatçısının onun şirkətinə aid olmadığını deyib.

"Şirkət mənə məxsusdur. Amma Aleksey Çumakovun konsertinin təşkilatçılığı bizim şirkətə deyil, Moskva şirkətlərindən birinə aiddir" -, deyə E.Peysaxov deyib.

Bakı Konqres Mərkəzindən isə bildirilib ki, konsertin təşkilatçısının adının açıqlanmasına icazə verilmir.

Xatırladaq ki, Aleksey Çumakovun konsertinə biletin qiymətləri 49-599 manat aralağındadır.

Qeyd edək ki, Aleksey Çumakovun anası Liliya Avanesovna ermənidir, keçmiş Dağlıq Qarabağda doğulub. Atası ilə bolqardır. İfaçı özü Özbəkistanda anadan olsa da, hazırda Rusiya vətəndaşıdır.

Xəbər 1188 dəfə oxunub.




07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +