Ədalət Verdiyevə bəraət verildi
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb
“Optimal Electronics“in külli miqdarda borcu var
Qazi Hacı Vəliyev həbsdə qaldı
Bəxtiyar Hacıyevin şikayəti təmin olunmayıb
Fürsətcilin ÖZÜNÜİFŞASI


29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?





A+  A-

Son günlər bazar və marketlərdə kartofun qiyməti durmadan artmaqdadır. 10 gün bundan əvvəl bir kilosu 80-90 qəpiyə satılan kartof indi alıcılara 1,40- 1,50 manata təklif olunur. Satıcılar qarşıdakı həftədə də kartofun qiymətində artım müşahidə ediləcəyini bildirirlər.

Bəs bunun səbəbi nədir?

XəzərNews.az xəbər verir ki, sabiq deputat, iqtisadçı Əli Əlirzayev Qaynarinfo-ya açıqlamasında kartofun qiymət artımını idxalla əlaqəli olduğunu vurğulayıb:

"Bu gün ölkədə satılan kartof əsasən xaricdən idxal olunur. Qiymətin qalxmasının birinci səbəbi də bununla bağlıdır. Azərbaycana xaricdən gətirilən bütün məhsulların qiyməti artır və artmaqda davam edəcək. Xaricdən gətirilən məhsullar monopoliyadadır, gətirirlər və istədikləri qiyməti təyin edirlər. Qiymətin qalxması təbii prosesdir, dünyada gedən proseslər qiymətlərə təsir edir".

Ekspert bunun qarşısını almaq üçün tədbirlər planının az olduğunu bildirib:

"Qiymətin enməsi birbaşa kartof istehsalının artmasından asılıdır. Məhsul çox olmalı, bazara təzə kartof çıxmalıdır. Bundan əlavə, bazarın tənzimləmə siyasəti olmalıdır. Bu da son zamanlar bazarlarda yoxdur. Bazar iqtisadiyyatı o demək deyil ki, kim necə istəyir elə də satsın. İstehsalçı məhsulunu satır, amma bazara ondan 2 dəfə baha gəlib çıxır. Bazarlarda inhisarçılıq mövcuddur. Bəzən də bunu nəqliyyat xərcləri ilə bağlayırlar".

Əli Əlirzayev Azərbaycanda kartofun saxlanması şəratinin çətin olduğunu bildirib:

"Karof anbarlarda saxlanılmalıdır. Bu gün demək olar ki, belə anbarlar yox dərəcəsindədir".


Xəbər 1583 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +