Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – TENDER
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub


06.11.2023  13:49 

Mədəniyyət Nazirliyi “Təkərli kitab dükanı“na icazə vermir - Səbəb?





A+  A-

Qanun Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunun “Təkərli kitab” layihəsinə Mədəniyyət Nazirliyi tərəfindən icazə verilməyib.

Xəzərnews.az xəbər verir ki, bu barədə naşir özü məlumat paylaşıb.

“"Təkərli kitab dükanı"nı Bakı Beynəlxalq Kitab sərgisində təqdimatını etmək istəyirik. Mədəniyyət Nazirliyi icazə vermir. "Təkərli kitab dükanı" sosial layihədir, öz hesabımıza başa gəlib. Kənar bir qəpik dəstək olmayıb. Oxucuların təşəkkürü, uşaqların sevinən baxışlarından başqa heç kimdən heç nə gözləmirik... Məqsədimiz regionlara, kəndlərə gedib kitabı təbliğ etməkdir. Bu, Vətənimizə, insanımıza, mədəniyyətimizə və dövlətimizə sevgidən irəli gəlir. Bakı Beynəlxalq Kitab Sərgisində 74m² yer üçün biz 12 min manat pul ödəmişik. "Təkərli kitab dükanı"nın təqdimatını da salonda yox, həyətdə, parkinq yerində etmək istəyirik. Amma Mədəniyyət Nazirliyi buna icazə vermir. Bu elə Fatmayidə Mədəniyyət evinin müdirinin davranışına bənzəyir...” - deyə naşir əlavə edib.



Xəbər 1330 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +