Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


15.12.2022  22:46 

“Ermənistan rəhbərliyi axmaqlıq etdi” - Zatulin





A+  A-

“Ermənistan rəhbərliyi axmaqlıq etdi, göstərdilər ki, onlar üçün Ermənistanın xaricdəki dəstəyindən daha çox partiya üstünlükləri önəmlidir. Onlar bunu başa düşdülər və indi özlərini qorumağa çalışırlar. Mən günahı öz üzərimə götürməyim onların marağında olardı və bu əsasda qadağanı aradan qaldırardılar. Üzr istəyəcək heç nəyim yoxdur. Mən uzun illərdir ki, Rusiya-Ermənistan münasibətlərini dəstəkləyirəm, çünki Rusiyanın milli maraqları belədir”.

XəzərNews.az xəbər verir ki, bu barədə 168.am-ın müxbirinə müsahibəsində Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

K.Zatulin bildirib ki, Ermənistanda heç kimə borcum yoxdur, yalnız yaxşı dostluq münasibətlərinə borcludur, bu münasibətləri yüksək qiymətləndirir və onları kəsmək fikrində deyil:

“Əgər səlahiyyətlilər özləri bu addımı atıblarsa, qoy özləri bunu ləğv etsinlər. Mən ən kiçik fürsətdə Ermənistana səfər etməyə və bütün maneələri aradan qaldırmağa, səmimi güvəndiyim insanlarla yenidən görüşməyə çalışacağam”, - deyə Zatulin bildirib.

Deputat xatırladıb ki, noyabrda o, artıq Ermənistana gedə bilməyib, çünki Ermənistan hakimiyyəti onun gəlişini arzuolunmaz elan edib.

“Azərbaycan hakimiyyəti hələ bir neçə il əvvəl, 2011-ci ildə Azərbaycana girişimi qadağan etmişdi”, - deyə Zatulin əlavə edib.

XəzərNews.az

Xəbər 1230 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +