Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


18.07.2017  15:16 

DGK sədri türkiyəli iş adamlarına müraciət edib





A+  A-

"Adətən iki ölkə arasında münasibətlər siyasi və iqtisadi sahələrdə qurulur. Lakin Azərbaycanla Türkiyənin münasibətləri yalnız bu iki sahədə qurulmayıb, bizi qardaşlıq bağları birləşdirir".
XəzərNews.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bugünkü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər hər bir sahədə, o cümlədən gömrük sahəsində günbəgün yaxşılaşır.

"Azərbaycanla Türkiyə arasında siyasi münasibətlər olduqca yüksək səviyyədədir. Biz iqtisadi əlaqələrin də bu səviyyədə qurulmasını istərdik", - deyə A. Əliyev bildirib.

Komitə sədri bildirib ki, son zamanlar gömrük sahəsində qanunvericiliklə bağlı ciddi təkmilləşdirmə işləri aparılır və bunun hesabına Azərbaycan investisiya baxımından olduqca əlverişli məkana çevrilib: "Gömrük sahəsində tətbiq etdiyimiz elektron sənəd mübadiləsi, "Yaşıl", "Sarı", "Qırmızı" dəhlizlərin tətbiqi, gömrük rüsumlarından azadolmalar və sair də buna aiddir. Azərbaycanda əlverişli investisiya mühiti formalaşıb".

Qurum rəhbəri son zamanlar iki ölkə arasında gömrük sahəsində müşahidə olunan problemlərə də toxunub: "Türkiyə məhsullarının Azərbaycana ixracı zamanı bir sıra problemlər olur ki, bu da ikili invoysların tətbiqi ilə bağlıdır. Bunun tətbiq edənlər gömrük vergi və rüsumlarından yayınmaq istəyir. Lakin biz ölkəmizə investisiya yatırmaq, məhsul idxal etmək istəyənlərə hər cür şərait yaradırıq. Mən türk iş adamlarına səslənirəm ki, bu cür hallara yol verməyin. Siz isə öz növbənizdə bunu digər həmkarlarına tövsiyə edin".

A. Əliyev Türkiyənin dünyaca məşhur şirkətlərini də Azərbaycana investisiya yatırmağa dəvət edib.

Xəbər 1839 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +