Ukrayna “Sikorsky S-76A” helikopteri alıb
Hədə-qorxu gəlib pul tələb edən şəxs saxlanılıb
Tbilisidə həbs edilən azərbaycanlı jurnalist azad edilib
Bakıdakı “casus yuvası” yenidən açılacaq?
Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi


08.04.2018  18:11 

ABŞ Suriyaya hərbi müdaxilə edəcək?





A+  A-

ABŞ Suriyanın Duma şəhərində kimyəvi silah tətbiq olunması barədə informasiya fonunda Suriyaya hərbi müdaxilə ediləcəyini istisna etməyib.
XəzərNews.az APA-ya istinadən bildirir ki, bunu bu gün Ağ Evin təhlükəsizlik və terrorizmlə mübarizə üzrə məsləhətçisi Tomas Bossert bildirib.

T. Bossert Dumada kimyəvi silah tətbiqinin dəhşətli hal olduğunu vurğulayıb.

Bu gün ABŞ prezidenti Donald Tramp da bəyanat verib, Suriya ordusundan Duma şəhərinin mühasirəsini dayandırmağı tələb edib. Rusiya və İranın "heyvan" Bəşər Əsədə dəstək verdiyini vurğulayan D. Tramp "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, B. Əsəd bunun üçün cavab verəcək: "Təcili olaraq Duma şəhəri tibbi və humanitar yardım üçün açılmalıdır".

Bundan əvvəl ABŞ Dövlət Departamenti Suriyanın Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan Duma şəhərində kimyəvi silah tətbiq olunması və 40 nəfərin ölməsi barədə məlumatı diqqət mərkəzində saxladığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyi Duma şəhərində kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib. Bu gün Rusiya Xarici İşlər Nazirliyi isə dumanlı və saxta bəhanələrlə Suriyaya hərbi müdaxilə tamamilə yolverilməz olduğunu və ağır nəticələrə gətirib çıxara biləcəyini bəyan edib.

Xəbər 1991 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +