Kamala Harris Donald Trampı kəskin tənqid edib
Azərbaycanda yeni medal təsis edildi
Deputatlar Kamran Əliyevin namizədliyini təsdiqlədi
Məktəbli qızların davası... - Araşdırma başladı
Naziri müavini idi, şöbə müdiri oldu
Bəzi ölkələrdən quş əti gətirilməsinə məhdudiyyət qoyulub
İran İsraillə dil tapmağa çalışacaq – Politoloq
Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?


23.02.2018  09:07 

Səfirlikdə 400 kiloqram narkotik aşkarlandı





A+  A-

Buenos-Ayres beynəlxalq hava limanında keçirilmiş xüsusi əməliyyat zamanı rus əsilli argentinalı polis əməkdaşı İvan Bliznyük saxlanılıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, İ.Bliznyük Rusiyanın Argentinadakı səfirliyi vasitəsi ilə kokainin Moskvaya göndərilmə kanalının yaradılmasında əlaqəli olmaqda şübhəli bilinir. Məlumata görə, səfirlik ilə sıx əlaqəsi olan Bliznyuk güc strukturlarının əməkdaşları üçün təhsil proqramlarının təşkili məqsədi ilə mütəmadi olaraq Rusiyaya səfər edib. Onunla birlikdə Aleksandr Çikalo adlı şəxs də saxlanılıb.

Məlumata görə, hər iki ölkəni əhatə etmiş birgə əməliyyat bir ildən çox davam edib.

“Todo Noticias” bildirir ki, 2016-cı ilin dekabrında Rusiyanın Argentinadakı səfirliyində 400 kq-dək kokain aşkarlanıb. Məlumata görə, Rusiyanın Argentinadakı səfiri polisə zəng edərək səfirliyin kollecində narkotik vasitələrin aşkarlandığını bildirib. Məlum olub ki, narkotiklərlə dolu 12 çamadanı binaya iyul ayında səfirliyin sabiq əməkdaşı gətirib.

KİV-lərin məlumatına görə, qeyd olunan narkotrafiklə həmçinin Əli Abyanov adlı səfirliyin mühasibi də əlaqəli olub. Məhz onun narkotiklə dolu çamadanları səfirliyin kollecinə gətirdiyi bildirilir. Mütəşəkkil cinayətkar qrupun rəhbəri olduğu ehtimal edilən şərti adı “Mister K” olan daha bir şəxs istintaqdan yayınıb.

Telefon danışıqlarının dinlənilməsi zamanı narkotikin Rusiya və Avropaya göndəriləcəyi müəyyən edilib.

İstintaqın nəticəsi olaraq, Rusiyada üç, Argentinada isə iki nəfər saxlanılıb.

Xəbər 1480 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +