Ukrayna “Sikorsky S-76A” helikopteri alıb
Hədə-qorxu gəlib pul tələb edən şəxs saxlanılıb
Tbilisidə həbs edilən azərbaycanlı jurnalist azad edilib
Bakıdakı “casus yuvası” yenidən açılacaq?
Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi


18.02.2018  17:21 

Rusiyada yanğında ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb





A+  A-

Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində yaralananlar azərbaycanlılardan biri xəstəxanada ölüb.
XəzərNews.az xəbər verir ki, bu barədə APA-nın Rusiya bürosuna Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov bildirib.

Fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1992-ci il təvəllüdlü Quliyeva Sədaqət Eysevər qızı bu gün xəstəxanada ölüb. Diaspor rəhbəri yanğın nəticəsində yaralanan şəxslərdən hazırda dörd nəfərinin xəstəxanada olduğunu, onlardan 82 yaşlı İzzət Quliyevanın vəziyyətinin olduqca ağır olduğunu söyləyib.

Qeyd edək ki, fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Nəticədə 1980-ci il təvəllüdlü Quliyev Hatəm (Namiq) Akif oğlu, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, 1967-ci il təvəllüdlü Qabil Qarayev ölüblər. Yanğın zamanı 2009-cu il təvəllüdlü Sevinc Quliyeva, 1995-ci il təvəllüdlü Aytən Quliyeva, 1969-cu il təvəllüdlü Sevinc Quliyeva və 1936-cı il təvəllüdlü İzzət Quliyeva, o cümlədən 1992-ci il təvəllüdlü Sədaqət Quluyeva ağır yanıq xəsarəti almışdı.

Xəbər 1483 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +