Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


18.04.2025  14:17 

Qazinin həbs müddəti 2 ay uzadıldı





A+  A-

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat verib. Bildirib ki, bununla bağlı bu gün Xətai rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə həbs müddətinin 2 ay uzadılması barədə qərar verib.

Qeyd edək ki, aprelin 1-də Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xəbər 2952 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +