Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub


04.01.2018  17:08 

Azərbaycan 11 cinayətkarı Türkiyəyə təhvil verib





A+  A-

Azərbaycan ötən il müxtəlif cinayətlərdə ittiham olunan 11 nəfəri Türkiyəyə təhvil verib.
XəzərNews.az Milliyet-ə istinadla xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi yayıb.

İnformasiyaya əsasən, 2017-ci ildə Türkiyəyə 32 ölkədən 108 nəfər ekstradisya olunub. Almaniya birinci sıradadır. Bu ölkə il ərzində müxtəlif cinayətlərdə təqsirləndirilən 17 nəfəri Türkiyəyə təhvil edib.

2017-ci ildə Gürcüstandan 13, Azərbaycandan 11, Şimali Kipr Türk Cümhuriyyətindən 10, Bolqarıstan, Rumıniya, Səudiyyə Ərəbistanı və Ukraynanın hər birindən 4 nəfər Türkiyəyə ektradisiya edilib.

Ötən il ilk dəfə olaraq, Peru, Kosovo, Monteneqro, Myanma, Tayland, Malayziya və Çin də şübhəliləri rəsmi Ankaraya təhvil verib.

DİN-nin Təhlükəsizlik Baş İdarəsindən bildirilib ki, 2017-ci ildə Türkiyə 21 şübhəli şəxsi öz ölkələrinə ekstardisiya edib.

Məlumata görə, rəsmi Ankara Azərbaycan və İspaniyanın hər birinə 3 nəfər, Tacikistan, İngiltərə, İsveçin hər birinə 2, Bolqarıstan, Qazaxıstan, Fransa, Mərakeş, Makedoniya, Paraqvay, Avstriya, Almaniya və Serbiyaya isə 1 şübhəli təhvil verib.

Xəbər 1635 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +