Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub


30.12.2017  14:53 

İŞİD kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürdü





A+  A-

İŞİD terror qruplaşması Misirin paytaxtı Qahirə şəhərində kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ekstremistlərin informasiya fəallığının monitorinqini aparan "SITE" saytı məlumat yayıb.

Misirin DİN-nin məlumatına əsasən, terrorçu motosikletdə kilsəyə hücum edib. Nəticədə terrorçu və polislər arasında atışma baş verib. İnsident nəticəsində 1 polis əməkdaşı və 6 mülki vətəndaş həlak olub, 4 nəfər isə yaralanıb. Terrorçu polislər tərəfindən yaralı olaraq ələ keçirilib. Onun üzərində avtomat və çox sayda güllə olub.

Tibbi mənbələrin verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb və bir o qədər də insan yaralanıb. Ölənlərdən üçü polis əməkdaşı olub. Terrorçuların beş nəfər olduğu, onlardan üçünün hadisə yerində öldürüldüyü bildirilir. Daha ikisinin axtarışları davam edir.

Xəbər 1543 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +