KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO


03.10.2020  13:46 

Nazirlik Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu





A+  A-

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı (nazir, müavinlər və kollektiv), eləcə də nazirliyin strukturuna daxil olan və daxil olmayan, tabeliyindəki qurumların rəhbərliyi və əməkdaşları könüllü qaydada öz aylıq vəzifə maaşlarını ordumuza maliyyə dəstəyi olaraq ianə ediblər.

Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri əks-həmlə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Xəbər 2354 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +