KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO


10.08.2018  11:05 

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ





A+  A-

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib.
İdarənin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, müraciətdə deyilir: "Yol-nəqliyyat hadisəsi nəticəsində və ya texniki nasazlıq səbəbindən mexaniki nəqliyyat vasitələrində baş verə biləcək yanğının qarşısının alınması üçün avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, eləcə də təkərli traktorlarda odsöndürənin olmamasına görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin VII hissəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq sürücülər inzibati məsuliyyət daşıyırlar.

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin və avtomobil sahiblərinin diqqətinə çatdırır ki, müvafiq standartlara cavab verən ödsöndürəni olmadan idarə edilən nəqliyyat vasitələrinin sürücüləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə ediləcəklər".

Xəbər 1579 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +