Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib


02.02.2018  14:57 

Müdafiə Nazirliyi hesabat verdi





A+  A-

2018-ci il üçün tədbirlər planına əsasən, yanvar ayında Müdafiə Nazirliyi dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, eləcə də ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif mövzularda tədbir və layihələr həyata keçirib.
XəzərNews.az xəbər verir ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdam, Bərdə, Beyləqan, Tərtər, Xocavənd, Qusar, Füzuli, Bakının Yasamal və Qaradağ rayonları, o cümlədən Sumqayıt şəhər icra hakimiyyətləri ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi-vətənpərvərlik mövzusunda 20-dək tədbir təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.

20 Yanvar Ümumxalq Hüzn Günü, hərbi hissələrin yaradılmasının ildönümü, Azərbaycanın Milli Qəhrəmanlarının anım mərasimləri və digər tədbirlərdə şəxsi heyət, yerli ictimaiyyət nümayəndələri, veteranlar, tələbələr yaxından iştirak ediblər.

Kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə yanvar ayında Müdafiə Nazirliyi tərəfindən 87 rəsmi məlumat, 53 foto, 8 video material hazırlanıb və media nümayəndələrinin 9 sualı cavablandırılıb. Televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlər aparılmasına 2 icazə məktubu verilib. Müdafiə Nazirliyi tərəfindən təşkil edilən tədbirlərin işıqlandırılması üçün televiziya və informasiya agentlikləri keçirilən 6 tədbirə dəvət olunublar.

Xəbər 1647 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +