Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


15.09.2017  10:46 

Gürcüstan azərbaycanlılarına Avropada “yaşıl işıq”





A+  A-

“Biz hamımız Gürcüstan vətəndaşıyıq. Gürcüstanda yaşayan hər bir azərbaycanlı rahat şəkildə Avropaya gedib gəlir. Borçalıda, Marneulidə yaşayan azərbaycanlıların artıq Avropada işləmək imkanları da var”.
Bunu Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov deyib.

“Artıq bir neçə gənc rahat şəkildə iş də tapıb. Azərbaycanlılara viza məsələsinə görə hansısa şərt qoyulmayıb. Hər kəs bundan yararlanır. Gürcüstan qanunları hər bir vətəndaşa aiddir”.

Deputat deyib ki, Avropada ciddi qanun pozuntusu aşkarlanmayıb.

“3 ay ərzində 50 mindən çox Gürcüstan vətəndaşı Avropaya gedib. Necə ki, rahat şəkildə Bakıya gedib-gəlirlər, eləcə də Avropa ölkələrinə də gedirlər. Ciddi qanun pozuntuları da aşkarlanmayıb”

Qeyd edək ki, bu ilin fevralında Avropa Parlamenti Brüsseldə keçirilən iclasında Avropa İttifaqının (Aİ) Gürcüstan üçün viza rejiminin ("Şengen" vizası) ləğv olunmasına səs verib.

(modern.az)

Xəbər 1546 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +