Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib
Zelenski ilə razılaşmaq məcburiyyətindəyik - Tramp
Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli
Flora Kərimovanın səsi batdı
Sabiq nazirin ailəsinin 55 min dolları və 156 qızılı oğurlanıb
Aİ-nin monitorinq missiyası İranla birlikdə Azərbaycana qarşı... – Politoloq
Azərbaycanlı tələbələr ermənilərə imkan vermədi - ABŞ-də
Ermənistan dezinformasiya yayıb - Rəsmi


01.08.2017  16:35 

“Qarabağ məsələsində Putindən çəkinirlər, o getsə vay halımıza...”





A+  A-

ABŞ-ın Rusiyaya qarşı yeni sərt iqtisadi sanksiyalar tətbiq etməsi bu ölkənin Cənubi Qafqazdakı forpostunda narahatlıq və məmnunluqla qarşılanıb. Bəziləri bu sanksiyaların Ermənistanın xeyrinə olacağını düşünür. Lakin Ermənistan xarici işlər nazirinin keçmiş müavini, fövqəladə və səlahiyyətli səfir Arman Navasardyan deyir ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra Yerevanın işi çətin olacaq. Çünki Ermənistan ABŞ və Rusiya arasında manevr edə bilməyəcək.
Navasardyan jurnalistlərlə söhbətində ABŞ-ın dünyada iqtisadi planda liderlik etdiyini, hərbi planda isə Rusiyanın ABŞ-la bir səviyyədə olduğunu deyib. Erməni diplomatın sözlərinə görə, soyuq müharibədən sonra Rusiya çökmüşdü, ancaq Vladimir Putin ölkəni bu vəziyyətdən çıxardı, hərbi baxımdan ABŞ-la eyni səviyyəyə qaldırdı. Bu isə ABŞ-ın ürəyincə deyil.

Navasardyanın fikrincə, ABŞ-ın siyasəti birbaşa Putinə qarşı yönəlib, bu, bəzi erməni dairələrində də müşahidə olunur. Erməni diplomat hesab edir ki, Putin getsə, Ermənistan indiki gününə şükür eləməli olacaq.

"Çoxlarını Putin çəkindirir. Türkiyə məsələsində, Qarabağ məsələsində və bir çox digər məsələlərdə. Nədir, yoxsa siz hesab edirsiniz ki, Moskvada ancaq müstəsna olaraq erməniyönümlü siyasi xadimlər oturublar? Xeyr, orada Türkiyənin, Azərbaycanın də xeyli müdafiəçiləri var. Ona görə də Putin getsə biz indiki günümüzə şükür eləməli olacağıq”-Arman Navasardyan bildirib.

Virtualaz.org

Xəbər 1195 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +