Bu kollecdə tələbələrdən 350-500 manat pul alınır - İddia
Paşinyan sülhdən danışdı
Məmməd Musayev vəzfəzindən kənarlaşdırıldı
Arvadımın çılpaq videolarını yaydı - Məhkəmə
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib
Naxçıvanda 46 milyon manatlıq pozuntu aşkarlandı
Ukrayna Kursku pilotsuz təyyarələrlə vurdu
Sahibkar xanım nazirliyin qarşısında özünü yandırmağa cəhd edib
Söküntülərdə kiçik sahəsi olan evlərə kompensasiyalar necə ödənilə bilər?
Tanınmış əyləncə klubunun fəaliyyəti dayandırıldı


13.03.2018  12:07 

Bakıda ət ucuzlaşıb? - Qiymətlər





A+  A-

Bakıda mal və qoyun ətinin ucuzlaşması ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilir ki, bir neçə gün əvvələ qədər 11 – 11 manat 50 qəpiyə satılan mal ətinin qiyməti 9-10 manata, 13 manata təklif edilən qoyun ətinin qiyməti isə 12 manata enib.
Xüsusilə bayram ərəfəsində qiymətlərdə azalmanın olması inandırıcı görünmür. Çünki Azərbaycanda yaranmış qeyri-ənənəvi tendensiyaya görə, hər il bayramqabağı bütün məhsullarda bahalaşma qeydə alınır.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi İcmallaşdırma və statistik təhlil şöbəsi müdiri Firdovsi Fikrətzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, mal və qoyun ətinin qiymətlərində dəyişiklik olmayıb.

Nazirlik rəsmisi bazarlarda təklif edilən ətin pərakəndə satış qiymətlərini təqdim edib:

İribuynuzlu heyvan əti (yaşlı, sümüklü) 6.50-7.00

İribuynuzlu heyvan əti (yaşlı, sümüksüz) 8.50-9.00

İribuynuzlu heyvan əti (cavan,sümüklü) 10.00 - 11.00

İribuynuzlu heyvan əti (cavan, sümüksüz) 14.00-15.00

Xırdabuynuzlu heyvan əti (yaşlı) 7.00-8.00

Xırdabuynuzlu heyvan əti (cavan) 11.00 -12.00

Qeyd edək ki, 2015-ci ildə baş verən iki devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsulları sürətlə bahalaşıb. Devalvasiyadan əvvəl dana ətinin qiyməti 7 manat 7 manat 50 qəpik, quzu əti isə 8 manat 8 manat 50 qəpik olub. Sürətli bahalaşma ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəvac verib.

Xəbər 1996 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı

14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +