Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


19.06.2020  12:43 

Karantin günlərində işıq borcunu evdən ödəyə bilərsiz





A+  A-

Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar Operativ Qərargahın iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlərin tətbiq olunması qərarı ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
“Azərişıq” ASC Mətbuat xidmətindən XəzərNews.az-a daxil olan məlumata görə, karantin günlərində istehlakçılara fasiləsiz və dayanıqlı elektrik enerjisinin verilişinin təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbirlər həyata keçirilib. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə operativ qəza xidmətləri fəaliyyət göstərir. Həmçinin abonentlər xüsusi karantin günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər. Bunun üçün azərişıq.az saytında müvafiq bölməyə daxil olmaq kifayətdir. “Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.

Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılardan dərhal “199” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir, hər bir müraciətə operativ reaksiya verilir.

Xəbər 1696 dəfə oxunub.



19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +