Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


25.03.2025  11:06 

Ər-Riyadda sülhün təməli qoyulur?





A+  A-

Ukrayna nümayəndə heyəti daha bir gün Ər-Riyadda (Səudiyyə Ərəbistanı) qalacaq.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə martın 24-də nümayəndə heyətindəki mənbəyə istinadən Suspilne məlumat yayıb.

Mənbənin məlumatına görə, martın 25-də Ukrayna nümayəndələri ABŞ nümayəndə heyəti ilə təkrar görüş keçirəcək.

Qeyd edək ki, martın 23-də Ər-Riyadda Kiyev və Vaşinqton nümayəndə heyətləri görüşüb. Bunun ardınca martın 24-də Amerika nümayəndə heyəti ilə işğalçı ölkə olan Rusiya Federasiyasının nümayəndələri arasında məsləhətləşmələr aparılıb.

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ və Rusiya heyətləri arasında görüşdən sonra amerikalıların yenidən Ukrayna nümayəndə heyəti ilə danışacağını bildirib.

ABŞ və Ukrayna nadir torpaq metalları ilə bağlı saziş imzalamaq barədə razılığa gəliblər.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

O deyib ki, sazişin imzalanması tezliklə baş tutacaq.

Ukraynada sülh sazişinin təfərrüatları yalnız tam atəşkəsdən sonra müzakirə olunacaq. Bunu isə ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus martın 25-də departamentin saytında dərc olunan brifinqdə deyib.

Onun sözlərinə görə, hərbi əməliyyatların dayandırılması ABŞ, Ukrayna və Rusiyanın danışıqlar qruplarının Səudiyyə Ərəbistanında keçirdiyi görüşlərdə "yeganə şeydir".

"Bizim qarşımızda hamımızın bölüşdüyü bir vəzifə var, o da bu regionda, hətta regiondan, bütün dünyadan da böyük olan bu iki ölkədə sülhü təmin etməkdir... Yalnız tam atəşkəs olduqda, bundan sonra nə baş verəcəyinə dair fikir ayrılıqlarını müzakirə edə bilərik", - Dövlət Departamentinin sözçüsü bildirib.

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri və Rusiya nümayəndə heyətinin üzvlərindən biri Qriqori Karasin qeyd edib ki, Rusiya və ABŞ ekspert qrupları arasında bazar ertəsi Səudiyyə Ərəbistanının paytaxtında keçirilən danışıqlarda dialoq asan olmasa da, iki ölkə üçün faydalı oldu, bir çox problemlər müzakirə olundu:

"Hər şey müzakirə olundu, çətin dialoq oldu, lakin bizim və amerikalılar üçün çox faydalı oldu. Bir çox problemlər müzakirə edildi. Əlbəttə, hər şey həll olunmadı, hər şey razılaşdırılmadı, amma belə bir söhbətin baş tutması, mənə elə gəlir ki, yeni administrasiyanın gəlişini və ekspert qruplarının telefon danışığı çox vaxtında atılımış addımdır".

Karasin bildirib ki, Rusiya və ABŞ arasında danışıqlar beynəlxalq ictimaiyyətin, o cümlədən BMT və ayrı-ayrı ölkələrin iştirakı ilə davam etdiriləcək.

"Biz beynəlxalq ictimaiyyəti, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatını və ayrı-ayrı ölkələri cəlb etməklə bunu davam etdirəcəyik. Ümumiyyətlə, lazımlı və zəruri olan belə konstruktiv dialoq təəssüratı qalır. Amerikalılar da bunda maraqlıdırlar", - o deyib.


Xəbər 1544 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +