Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


12.11.2018  13:17 

“Uşaqlarımı öldürməklə təhdid edirlər” - Prezidentliyə namizəd





A+  A-

Gürcüstanda prezidentliyə namizəd Salome Zurabişvili ölüm təhdidləri aldığını bildirib.
XəzərNews.az xəbər verir ki, siyasətçi bu barədə bu gün keçirdiyi brinfinqdə danışıb. Onun sözlərinə görə, telefonuna gələn zənglərdə eks-prezident Mixail Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları onu və uşaqlarını öldürməklə hədələyir: “Təhlükə realdır. Məlum mesajı yollayanların kimliyi müəyyən edilib. Onlar “Vahid Milli Hərəkat”ın tərəfdarları, keçmiş hərbçilərdir”.

O, hüquq-mühafizə orqanlarını müvafiq tədbirlər görməyə çağırıb.

Zurabişvilinin Parisdə böyüyən bir oğlu və bir qızı var.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu dekabrın 2-də baş tutacaq. Real namizədlər hakim partiya “Gürcü arzusu”nun dəstəklədiyi Zurabişvili və Saakaşvilinin partiyasından namizəd olan Qriqol Vaşadzedir.

Xəbər 1402 dəfə oxunub.




28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +