Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


21.04.2025  11:13 

Qənirə Ataşovanın oğlunu kimlər ölümlə hədələyir? - Adlar açıqladı





A+  A-

ABŞ-də yaşayan Azərbaycan vətəndaşı, jurnalist Qənirə Ataş İnsan haqları üzrə Monitor Qrupunun üzvlərinə müraciət edib.

XəzərNews.az xəbər verir ki, o, özünün və ailəsinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirdiyini bildirib.

”Bir müddət əvvəl Azərbaycanda tibbi təhsili və ixtisası olmayan şəxslərin vətəndaşlara qanunsuz tibbi müdaxiləsi ilə bağlı jurnalist araşdırmaları aparırdım. Bu araşdırmalar zamanı Gəncə şəhərində liposaksiya əməliyyatından sonra dünyasını dəyişən gənc xanım Gülbəniz Bayramovanın ölüm işi ilə qarşılaşdım. Topladığım sübutlara əsasən məlum oldu ki, əməliyyatı “VMR estetik klinikası”nda heç bir tibbi təhsili olmayan Gülsüm Əliyeva həyata keçirmişdir.

Araşdırmalarımı Azərbaycan hüquq-mühafizə orqanlarına və Səhiyyə Nazirliyinə təqdim etdikdən sonra, Gülsüm Əliyevanın qeyri-rəsmi nikah münasibətində olduğu Vüsal Həsənov tərəfindən davamlı təhdid və təhqirlərə məruz qaldım. Sosial mediada mərhum valideynlərimi təhqir edən, övladlarımın şəkillərini montajlayaraq böhtan xarakterli videolar hazırlayan, mənim barəmdə yalan və iftira dolu materiallar yayan paylaşımlar etmişdir. Bu hallar barədə Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişəm və bəzi videoların silinməsinə nail olunmuşdur. Lakin təhdidlər davam edir”.

Jurnalist müraciətdə bildirib ki, Vüsal Həsənov Gülbəniz Bayramovanın valideynləri ilə razılıq əldə etdiyini bildirərək, həmin şəxslər vasitəsilə ona və ABŞ-da yaşayan oğluna yenidən ölüm hədələri ünvanlayıb:

”Təəssüf ki, bu cür davranışlar təkcə mənə qarşı deyil. Azərbaycanda bir çox qadınlar da eyni şəxsin şantaj və təhdidlərinə məruz qalmış, o cümlədən tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı Sara xanım da bu davranışlarla üz-üzə qalmışdır. Rus icmasından Zarina Minakovskaya bu dəqiqə təhdidlə üz-üzədir.
Bu gün isə Vüsal Həsənov sosial mediada haqqımda əxlaqsızlıq iddiaları ilə yeni videolar paylaşır və şər-böhtan kampaniyasını davam etdirir. Mən artıq özümün və Azərbaycanda yaşayan qohumlarımın həyatı üçün real təhlükə hiss edirəm. O bütün çıxışlarında özünü “dövlətin adamı” kimi təqdim edərək insanları şantaj edir”.
“Azərbaycan qadını və jurnalist olaraq sizdən xahiş edirəm ki, bu çirkli təhdidlərə qarşı hüquqi və ictimai dəstəyinizi göstərəsiniz. Təhqir və təhdid olunan qadınların bu şəxsin təzyiqlərindən azad olunması üçün atacağınız hər bir addıma görə sizə əvvəlcədən təşəkkür edirəm” – deyə, o, müraciətində qeyd edib.


Xəbər 1766 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +