Ədalət Verdiyevə bəraət verildi
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb
“Optimal Electronics“in külli miqdarda borcu var
Qazi Hacı Vəliyev həbsdə qaldı
Bəxtiyar Hacıyevin şikayəti təmin olunmayıb
Fürsətcilin ÖZÜNÜİFŞASI


05.03.2024  12:01 

Ruslan ölkəmizə gətirilir - Atası danışdı





A+  A-

İnanırdıq ki, Prezidentimiz İlham Əliyev Ruslanın ölkəmizə gətirilməsinə nail olacaq.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Ruslan Pənahovun atası Eldəniz Pənahov ötən gün Ermənistan İstintaq Komitəsinin Ruslana qarşı cinayət təqibini ləğv etməsi haqqında Axar.az-a danışarkən deyib.

O bildirib ki, dünən gecə yayılan xəbərə görə bütün ailə, doğmalar sevinc içindədir:

“Bu sevinci ifadə edə bilmərəm. Düzdür, hələlik azad olunması, Azərbaycana gətirilməsi ilə bağlı rəsmi bir xəbər yoxdur. İnşallah, Prezident İlham Əliyev oğlum Ruslanı vətənimizə gətirəcək. Hamımız Ruslandan xəbər gözləyirik”.

Qeyd edək ki, fevralın 28-də duman səbəbindən yolu azaraq Ermənistanla şərti sərhədi keçən və saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində Ermənistan istintaq Komitəsi cinayət təqibinə xitam verilib. Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bəyan edib ki, İrəvan əsgəri Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib.



Xəbər 6086 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +