Ənvər Həsənov vəfat edib
Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb
Ziyadxan Əliyev vəfat edib
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama


29.02.2024  19:55 

Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib -FOTOLAR





A+  A-

Fevralın 29-da hüquq ictimaiyyəti üçün önəmli olan aktual mövzuların müzakirəsinə hər zaman üstünlük verən Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Xəzərnews.az xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə keçirilən iclasda müxtəlif dövlət orqanları nümayəndələri, aparıcı ali təhsil müəssisələri, ixtisaslaşmış akademiya və elm ocaqlarını təmsil edən görkəmli hüquqşünaslar iştrirak edib.

Giriş nitqi ilə çıxış edən Baş prokuror fevralın 7-də keçirilən azad, ədalətli, şəffaf və bütün beynəlxalq standartlara cavab verən növbədənkənar prezident seçkiləri və Müzəffər Ali Baş Komandan İlham Əliyevin seçkidə parlaq qələbəsindən söz açaraq bu zəfərin yeni dövrdə ölkəmizdə bütün sahələrdə elmi-texnoloji inkişafa, müasir texnologiyaların tətbiqinin genişləndrilməsinə böyük təkan olacağını diqqətə çatdırıb.

Vurğulanıb ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və dünyanın ən aktual bəşəri problemlərinin müzakirə edildiyi mühüm beynəlxalq platforma olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir.

Bundan başqa, müasir dövrün tələblərinə uyğun olaraq cinayət təqibinin üsul və vasitələri, cinayət prosesi və onun tərkib hissəsi kimi cinayət ədalət mühakiməsinin rəqəmsallaşmaya məruz qalmasını nəzərə alaraq, elektron cinayət təqibinin xüsusiyyətlərinin müzakirəsi və bu sahədə müvafiq təkliflərin hazırlanmasının zəruriliyi qeyd olunub.

Daha sonra prokurorluq əməkdaşları tərəfindən “Elektron cinayət təqibinin tətbiqi ilə bağlı qanunvericiliyin, hüquq tətbiqi təcrübəsinin hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”, “Elektron cinayət təqibinin tətbiqi ilə bağlı xarici ölkələrin təcrübəsi”, “Azərbaycanda elektron cinayət təqibinin tətbiqi ilə bağlı təkliflər”, “Cinayət təqibi zamanı blokçeyn texnologiyalarının tətbiqi imkanları” mövzularında məruzələr edilib, digər Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

İclasda, həmçinin, Baş Prokurorluğun müvafiq idarələri tərəfindən hazırlanmış “Cinayət aktivlərinin aşkarlanması, izlənməsi və bərpası”, eləcə də, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qanunvericlik və istintaq təcrübəsi” adlı metodik vəsaitlərin təqdimatı keçirilib.

Sonda, Azərbaycan Baş Prokurorluğunun “Azərbaycan Prokuroru” elmi jurnalının ikinci buraxılışının təqdimatı keçirilib.

Qeyd olunan elmi nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə dərc olunur.//yenisabah









Xəbər 1075 dəfə oxunub.




16.03.2025  22:01 

Ənvər Həsənov vəfat edib

16.03.2025  20:50 

Ziyadxan Əliyev vəfat edib

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +