Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


10.08.2018  17:18 

İki qurum əməkdaşlıq memorandumu imzaladı





A+  A-

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bununla bağlı keçirilən tədbirdə bildirilib ki, Azərbaycanın sürətli iqtisadi inkişafı digər sahələrdə olduğu kimi, inşaat sektorunun da sürətli tərəqqisinə rəvac vermişdir ki, bu da, öz növbəsində, şəhərsalma və tikinti sahəsində idarəetmə qarşısında yeni çağırışlar və hədəflər formalaşdırır, onun təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər görülməsini labüd edir.

Şəhərsalma sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində davamlı iş aparılmaqla, şəhərsalmanın nizamlı inkişafının və torpaqlardan ictimaiyyətin rifahına uyğun olaraq ədalətli istifadənin təmin edilməsinə, insan üçün əlverişli və sağlam ətraf mühitin yaradılmasına yönəlmiş sistemli və kompleks tədbirlər həyata keçirilir. Eyni zamanda, bu sahədə qanun pozuntularının qarşısının alınması, aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizənin kəsərinin artırılması da aktual məsələyə çevrilir.

Qeyd edilən zərurətdən irəli gələrək cari ilin qeyd edilən iki qurum arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Xəbər 1687 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +