Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


02.08.2023  12:06 

KTMT sərhədə missiya gətirir?





A+  A-

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan və Azərbaycan sərhədində müşahidə missiyasının yerləşdirilməsi məsələsinin müzakirəsinə qayıtmağa hazırdır. Təşkilat İrəvanın cavabını gözləyir.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan RİA “Novosti”yə müsahibəsində bildirib.

“KTMT-yə üzv dövlətlər heç vaxt regionda vəziyyəti sabitləşdirmək səylərindən əl çəkməyiblər və erməni dostlarımıza təşkilatın geniş imkanlarından maksimum fayda ilə istifadə etməyə imkan verəcək konkret həll yolları tapmağa hazır olduqlarını dəfələrlə təsdiqləyiblər. Biz hələ də İrəvanın müsbət cavabını gözləyirik və Ermənistanın sərhədyanı rayonlarında KTMT-nin müşahidə missiyasının yerləşdirilməsi təklifi, eləcə də müttəfiqimizə kömək üçün digər birgə tədbirlərlə bağlı əsaslı işi bərpa etməyə hazırıq”, - deyə Ağasandyan bildirib.

Onun sözlərinə görə, Moskva əmindir ki, “müvafiq qərarların qəbulu regionda ümumi vəziyyətə müsbət təsir göstərəcək”.

O, həmçinin qeyd edib ki, KTMT istənilən beynəlxalq təşkilat kimi problemi həll edən “sehrli çubuq deyil”.

“Qarabağ münaqişəsi ən mürəkkəb münaqişələrdən biridir, onun dərin tarixi kökləri var. Sabit nizamlanmanın yeganə yolu Ermənistan-Azərbaycan münasibətlərinin danışıqlar, tərəflərin qarşılıqlı hörməti, güzəştə getməyə hazır olması, məsuliyyətli qərarlar qəbul etməsi və onların həyata keçirilməsi əsasında ardıcıl nizamlanmasıdır. Bu kontekstdə Rusiyanın və prezident Vladimir Putinin özünün bu mürəkkəb prosesdə əsas vasitəçi rolunu qeyd etməyə bilmərəm”, - deyə Ağasandyan əlavə edib.

Xəbər 1193 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +