Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


23.06.2022  16:21 

“Ya pulu ödə, ya da mağazanı bağla“ - Sədərəkdə nə baş verir?





A+  A-

Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərən və ya burada mağazası olan sahibkarlardan bəziləri ticarət mərkəzinin rəhbərliyinin onları hədələdiyini iddia edirlər.
XəzərNews.az xəbər verir ki, bu barədə Yeniavaz.com-a sahibkarların özləri məlumat veriblər.

Belə halla üzləşən iqtisadçı-ekspert, həm də Sədərəkdəki sahibkarlardan biri olan Eyyub Kərimli saytımıza açıqlamasında bildirib ki, əvvəlcə təmir aparacaqlarını deyib, razı olmayanları mağazaları bağlamaqla hədələyiblər:

“İyun ayının 1-dən bazarın nümayəndələri gəldilər ki, “Şirniyyat” adlanan hissədə mağazalar təmir olunacaq. Sahibkarların əksəriyyəti razı olmadı. Razı olmayanları mağazalarını bağlamaqla hədələdilər. Ona görə də, sahibkarlar məcbur razılıq verdi və həmin vaxt təmirə görə ödənişin hissə-hissə ödənilməsi barədə razılığa gəlindi. İndi də gəlib, pulu 2 və ya 3 dəfəyə ödəməyimizi tələb edirlər. Bu böyük məbləğdir. Şəxsən mənim özümdən 7 400 manat pul istəyiblər. Etiraz edəndə də, deyirlər, çək, bağla. Obyekt qanuni olaraq mənim mülkiyyətimdədir. İndi də gəliblər ki, bağlayırıq. Mən səndən obyektin böyüdülməsini tələb etməmişəm axı. Deyirlər ki, Fövqəladə Hallar Nazirliyinin göstərişidir. FHN-in göstərişinə vaxtında bir çarə qılmaq lazım idi”.

Sözügedən iddialarla bağlı Sədərək TM-nin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim Yeniavaz.com-a açıqlama verib. O iddiaları əsassız adlandırıb:

“Bu, sahibkarların öz təşəbbüsü ilə baş verən bir şeydir. Mağazaların qarşısında köhnə palatkalar qoyulmuşdu. Fövqəladə hallar zamanı o palatkalar darısqallıq yaradırdı. 1-ci və 2-ci zonada bu işlər başa çatıdırılıb. Genişlənib və palatkalar yığışdırılıb. Heç bir narazılıq da olmayıb. Mən o iddiaları təkzib edirəm. Onlara şərait yaradılıb. Ödənişlər hissə-hissə aparılır. Mən o işi aparanlara çatdırmışam. Belə hallar olsa, yoluna qoyulacaq. Mağazaların bağlanması ilə hədələnmə iddiaları əsassızdır. Bu işlər Nazirlər Kabinetinin yanğın təhlükəsizliyi ilə bağlı qərarı əsasında həyata keçirilir. Tək-tək narazılıqlar varsa da, bunu kütləvi hesab eləmək olmaz”.


Xəbər 1673 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +