Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


10.11.2021  10:33 

Bu qidalar koronavirusa qarşı faydalıdır





A+  A-

Heyvan mənşəli və rafinə edilməmiş bitki mənşəli yağlar koronavirus pandemiyası zamanı insan qidasının tərkib hissəsi olmalıdır.

XezerNews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Tibbi və Bioloji Agentliyinin professoru, tibb elmləri doktoru Marqarita Koroleva öz tövsiyələrini verib.

Həkimin sözlərinə görə, bu məhsullarla zəngin qidalar iltihab əleyhinə qorunma təmin edə bilər, xüsusən də virusun yayılmasına müqavimət göstərir.

Dietoloq pəhrizə sarı yağ (inək südündən hazırlanır, qhi də deyilir) daxil etməyi məsləhət gördü. Onun sözlərinə görə bundan gündə 1,5-2 çay qaşığı istehlak edilməlidir.

"Səhər yeməyi üçün toyuq və ya bildirçin yumurtası immunitetin qorunması üçün çox vacib olan A, D və E vitaminlərinin mənbəyidir", - deyə o, əlavə edib.

Həkim gün ərzində - qoz-fındıq və müxtəlif toxumların istehlakını də məsləhət görüb.

"Bu məhsulları qızartmamaq vacibdir, yoxsa yağları oksidləşir", - deyə o, xəbərdarlıq edib.

M.Koroleva həmçinin yeməklərdə şimal dənizləri balıqları, zeytun yağı, cücərmiş buğda, avokado və arqan ağacı yağından istifadəni tövsiyə edib.

Xəbər 2485 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +