Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir


14.12.2019  12:18 

Bakıda marşrutla KİA toqquşdu - 6 sərnişin yaralandı





A+  A-

Bu gün səhər saat 09:00 radələrində Suraxanı qəsəbəsi “Daş yol” adlanan küçədə yol nəqliyyat hadisəsi baş verib.
BNA-dan XəzərNews.az-a daxil olan məlumata görə, KİA markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub.

104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun veriyi məlumata əsasən hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Şahidlərin sözlərinə və ilkin araşdırmalara görə hadisəyə səbəb KİA markalı minik avtomobili sürücüsünün sükan arxasında yuxulaması olub.

***

Səhiyyə Nazirliyi də yaralalılarla bağlı açıqlama yayıb.

Məlumatda bildirilir ki, Suraxanı rayonu, Əfsun şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 8:45 daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəzadan 2 -si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Onlara lazım olan yardım göstərilib müalicələri davam edir.

Xəbər 1800 dəfə oxunub.



16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +