Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


27.09.2017  12:24 

İsmayıllıdakı dəhşətli qəzada 2 ailə məhv oldu





A+  A-

Xəbər verdiyimiz kimi, dünən axşam İsmayıllı rayonunun Topçu kəndində dəhşətli yol qəzası baş verib. Qəzada 3-ü azyaşlı olmaqla 7 nəfər dünyasını dəyişib.
Məlumata görə, qəza zamanı toqquşan “Opel Zafira” avtomobilinin Qaxdan Bakıya gəldiyi məlum olub və ölənlər də Qax və Şəki sakinləridir. Bir ailədən ata iki qızı ilə, digər ailənin isə başçısı və iki oğlu həlak olub.

1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu,1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı, eləcə də 3 yeniyetmə - Qax sakinləri, 2001-ci il təvəllüdlü Kərimzadə Turanə Yaşar qızı, 2003-cü il təvəllüdlü Bayramov Sahib Ruzigar oğlu və 2006-cı il təvəllüdlü Bayramov Cavid Ruzigar oğlu və Şəki sakini Rahim Abbasov aldıqları xəsarətdən hadisə yerində ölüb.

Qəzada dünyasını dəyişənlərin əksəriyyəti Qax rayonunun Qazmalar kənd sakinləridir. Hazırda onların cəsədləri Qaxa aparılır.

Avtomobilə baxış zamanı məktəbli çantaları tapılıb.

Qeyd edək ki, qəzada ağır xəsarət alan “Toyota Prado” nun sürücüsü, Böyük Britaniya vətəndaşı Vilyam Henri isə Qəbələ Müalicə Diaqnostika Mərkəzinə aparılıb.

(qafqazinfo.az)

Xəbər 1424 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +