Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


11.10.2018  10:56 

Camal Qaşıqçının qaçırılma planını ABŞ kəşfiyyatı bilib - İddia





A+  A-

ABŞ kəşfiyyatının jurnalist Camal Qaşıqçı konsulluq binasından yoxa çıxmamışdan öncə Səudiyyə Ərəbistanı rəsmilərinin onu qaçırma planları haqqındakı telefon danışıqlarına qulaq asdığı iddia edilir.
XəzərNews.az xəbər verir ki, bu iddianı “Washington Post” qəzeti ABŞ kəşfiyyatındakı mənbələrinə əsasən ortaya atıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının rəsmi nümayəndələrini dinləyən ABŞ kəşfiyyatı Camal Qaşıqçının qaçırılması üçün planın həyata keçiriləcəyi ilə bağlı məlumatı olub.

Amerikalı rəsmilərin Qaşıqçını mövzu barədə məlumatlandırıb məlumatlandırmadığı bilinmir.

Qeyd edək ki, Orta Şərqin ən etibarlı jurnalistlərindən biri olan “Washington Post” qəzetinin müxbiri C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və həmin tarixdən sonra ondan xəbər tutmaq mümkün olmayıb.

Xəbər 1742 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +