Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


02.04.2019  12:43 

Azərbaycandakı bankların statistik göstəriciləri açıqlandı





A+  A-

28 fevral 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,950.8 mln. manat, cəmi öhdəlikləri isə 25,708 mln. manat təşkil edib.
Bu barədə XəzərNews.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.

Bildirilib ki, iki ayda bank sektorun balans kapitalı 4,242.8 mln. manat olub. 2019-cu ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (348.0 mln. manat), öhdəlikləri 0.9% (222.3 mln. manat), balans kapitalı isə 3.0% (125.5 mln. manat) artıb. Bankların kredit portfeli fevral ayında 0.7% (88.9 mln. manat) artaraq 12,629.9 mln. manat təşkil edib.

2019-cu ilin fevral ayında fiziki şəxslərin əmanətləri 8,118.5 mln. manat təşkil edib.

Fevral ayında əmanətlər 1.7% (137.8 mln. manat) artıb, bankların əməliyyat mənfəəti 113.7 mln. manat, xalis mənfəəti isə 49.2 mln. manat təşkil edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 524 olub. Bank sektorunun işçi heyətinin sayında artım fevral ayında da davam edib.

Belə ki, 2019-cu ilin fevral ayında işçi sayı 0.5% (95 nəfər) artaraq 17 683 nəfər təşkil edib.

28 fevral 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Xəbər 1495 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +