Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


01.10.2023  17:11 

İsveç erməniləri Stohkolma toplaşıb... - Azərbaycana qarşı - Fotolar





A+  A-

Xəbər vediyimiz kimi, oktyabrın 1-də dünyada yaşayan ermənilər Azərbaycan səfirlikləri qarşısında etiraz aksiya keçirmək niyyətində olduqlarını açıqlamışdılar. Hətta onlar dünya ermənilərinə müraciət edərək hansı ölkələrdə - Azərbaycan səfirlikləri qarşısında keçirəcəkləri aksiyanın siyahısını və saatını da qeyd etmişdilər. Bu ölkələrdən biri də İsveçin Stohkolm şəhəri idi. Hazırda İsveçdə yaşayan ermənilər Stohkolmun mərkəzi küçələrindən birinə toplaşaraq Azərbaycan səfirliyininin qarşısına getməyi planlaşdırırlar.

Bu barədə məlumatı Xəzərnews.az-a Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev verib.



E.Mirzəyev bildirib ki, hazırda İsveçdə yaşayan ermənilər mərkəzi küçələrdən birində toplaşıb Azərbaycan əleyhinə şüarlar səsləndirilər:

"Hələ səfirliyin qarşısına getməyiblər. Avtomobillərinin nömrə nişanlarını bağlayıblar ki, Azərbaycan diasporunun nümayəndələri görməsinlər, amma biz onların böyük əksəriyyətini tanıyırıq".

E.Mirzəyev bildirib ki, DABF-da və Konqresdə təmsil olunan azərbaycanlılar prosesi izləyir:

"Biz təxribatın olmaması üçün gözləmə mövqeyindəyik. Azərbaycana qarşı səsləndirilən radikal şüarlarla bağlı İsveçin müvafiq qurumlarına müraciət hazırlayırırq".

E.Mirəzyev qeyd edib ki, etiraz edən ermənilərin sayı 30-40 nəfərdən çox olmaz:

"Amma sosial şəbəkələrdəki qruplarda, səhifələrdə elan verən zaman 5-6 mindən danışırdılar..."






Xəbər 5039 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +