Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


26.07.2021  10:08 

Paşinyan Rusiyaya qarşı addımlar atmağa başlayıb - Erməni mətbuatı





A+  A-

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın son zamanlar etdiyi kadr dəyişiklikləri ölkədə müxtəlif suallar doğurmağa başlayıb.
XəzərNews.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Ermənistan hökumətində son kadr dəyişikliklərindən sonra belə bir təəssürat yaranır ki, Nikol Paşinyan xarici siyasətinin kursunu dəyişir. Belə ki, o, ölkədə vacib vəzifələrə antirusiya mövqeyə sahib şəxsləri təyin etməyə başlayıb.

Qəzet yazır ki, Paşinyan Vaqarşak Arutyunyan kimi Rusiyaya meyilli şəxsləri vəzifədən uzaqlaşdıraraq onların yerinə qərb mərkəzləri tərəfindən idarə olunan, həmçinin düşmən dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəli şəxsləri təyin edir.

Məlumatda qeyd olunur ki, Ermənistan hökumətinin bu addımları rusların və Rusiya meyilli dairələrin, həmçinin rusiyalı sülhməramlıların diqqətindən qaçmır. Belə ki, Sünikdə (Zəngəzur – red.) missiyada iştirak edən sülhməramlılar yerli əhali ilə münasibət qurarkən öz narazılıqlarını gizlətmirlər.

Onların fikrincə, Ermənistan və Azərbaycan sərhədində gərginlik məsələsində Ermənistan hakimiyyəti günahkardır. Belə ki, erməni tərəfi “Rusiya öz öhdəliyini yerinə yetirə bilmir” təəssüratı yaratmaq üçün əlindən gələni edir. Ermənistan bunu isə yalnız bir məqsədlə, yəni qərbin qoşunlarını məsələyə cəlb etmək üçün edir.

Qeyd edək ki, Fransanın Ermənistandakı səfiri bu yaxınlarda Ermənistanın təhlükəsizlik problemi ilə bağlı təklifini müzakirə edəcəklərini vurğulamışdı. Ermənistanın təklifində söhbət Minsk qrupu ölkələrinin qüvvələrinin yerləşdirilməsindən ibarətdir.

Xəbər 2132 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +