Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


20.12.2017  16:34 

“Özlərini hələ utanmadan professor hesab edirlər” - Novruz Məmmədov





A+  A-

Qərbdə özünü beynəlxalq münasibətlərin məkrli və qərəzli aktorları kimi aparan mətbuat orqanlarından biri də "Financial Times"dır.
XəzərNews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Twitter”dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Təəssüflər olsun ki, Qərbdə bir sıra mətbuat orqanları son 2-3 onillikdə özlərini beynəlxalq münasibətlərin aktorları kimi aparmağa başladılar. Özü də çox məkrli və qərəzli aktor kimi. Onlardan biri də "Financial Times"dır.

Amma bir həqiqəti anlamağın vaxtı çatıb ki, yalan, böhtan, qərəzli məlumatlar yaymaqla məşğul olan mətbu orqan artıq mətbu orqan olmaq missiyasını itirir. "Financial Times" şübhəsiz ki, bu sıradadır və bu gün beynəlxalq aləmdə yaranan gərginlikdə onun da məsuliyyəti var.

Əgər həqiqətən də sizin haqq-ədalətlə bağlı iddialarınız varsa, son 20-30 ildə dünyanın müxtəlif ölkələrində yüz-minlərlə günahsız insanın həlak olması ilə bağlı obyektiv araşdırmaları ortaya qoyun! Gücünüz çatmır, yoxsa... illərlə problemi ilə məşğul olduğunuz Yaxın Şərqi "xoşbəxt etdiniz"?

Azərbaycana bir dəfə də olsun səfər etməyən, reallıqlardan xəbəri olmayan, Yaqland haqqında onun ölkəsində yayılmış məlumatlara göz yuman bu iki üzdəniraq müəllif özlərini hələ utanmadan professor, müstəqil ekspert hesab edirlər".

Xəbər 1386 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +